AzTV rəğbət bəslənən köhnə ənənəsini bərpa edir - Yeni il axşamı “Televizor”a baxın! - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTV rəğbət bəslənən köhnə ənənəsini bərpa edir - Yeni il axşamı “Televizor”a baxın! - VİDEO

11:07 - 30 / 12 / 2022
AzTV rəğbət bəslənən köhnə ənənəsini bərpa edir - Yeni il axşamı “Televizor”a baxın! - VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Yeni il ilə bağlı köhnə ənənəni geri qaytarır.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Sabah” Yaradıcılıq Studiyası bayramla bağlı “Televizor” adlı film ərsəyə gətirib.

“Sabah” Yaradıcılıq Studiyasının bədii rəhbəri və filmin prodüseri olan Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda” və s. tamaşalar geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılandığı üçün yenidən köhnə ənənəni geri qaytarmaq qərarına gəlmişik.

Filmin ssenarisi Xalq yazıçısı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında yazılıb.

Yaradıcı heyət hesab edir ki, 3 aya yaxın hazırlıq prosesi gedən film böyük maraq doğuracaq.

Filmin quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Eldar Məmmədov və prodüseri isə Ramiz Həsənoğludur.

Film 1 yanvar saat 18:40-da AzTV-də yayımlanacaq.

Filmin anonsu:

Xalq artİsiti Ramiz Həsənoğlunun müsahibəsi:

Paylaş:
690

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər