Müğənni Nəfəsin maşınından 6 min manat oğurlandı | 1news.az | Xəbərlər
Mədəniyyət

Müğənni Nəfəsin maşınından 6 min manat oğurlandı

12:50 - 02 / 01 / 2023
Müğənni Nəfəsin maşınından 6 min manat oğurlandı

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur.

Paylaş:
1507

Son xəbərlər

Bütün xəbərlər