Metronun “Nizami” stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb
Metronun "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.
Bunu 1news.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat ixmdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, bildirib ki, təlimat qaydalarına uyğun baxış təyin edilib.
"Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qarar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək".
450