Yollar buz bağlayacaq, qar yağacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yollar buz bağlayacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Qafar Ağayev16:46 - 06 / 01 / 2023
Yollar buz bağlayacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Yanvarın 8-i axşamdam 12-dək yolların buz bağlaması ehtimalı var.

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər