Abşeronda yanan binadan sakinlər təxliyə edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda yanan binadan sakinlər təxliyə edilib - FOTO

Qafar Ağayev13:47 - 11 / 01 / 2023
Abşeronda yanan binadan sakinlər təxliyə edilib - FOTO

Abşeron rayonunun Məmmədli kəndində yaşayış binasında yanğınla əlaqədar polis təhlükəsizlik tədbirləri görür.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sakinlərin təxliyəsi aidiyyəti dövlət qurumunun əməkdaşları ilə birgə təmin edilib, polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi əmlakı mühafizəyə götürülüb.

Xatırladaq ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Paylaş:
246

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər