Yasamalda narkotacirlərdən 7 kiloqrama yaxın narkotik götürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda narkotacirlərdən 7 kiloqrama yaxın narkotik götürülüb - FOTO

Qafar Ağayev17:22 - 16 / 01 / 2023
Yasamalda narkotacirlərdən 7 kiloqrama yaxın narkotik götürülüb - FOTO

Yasamal rayonunda ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 14 nəfər saxlanılıb

Onlardan 7 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi şöbə və bölmələri tərəfindən ilin əvvəlindən rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

DİN-dən 1news.az-a bildirilib ki, qanunsuz dövriyyədən külli miqdarda - 7 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitə və psixotrop maddə olan metamfetamin çıxarılıb. Saxlanılanlardan 3-ü - Elnur Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olublar. Onlar narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
425

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər