Bakıda fabrikdən mühərrik yağları oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda fabrikdən mühərrik yağları oğurlandı

Qafar Ağayev11:00 - 20 / 01 / 2023
Bakıda fabrikdən mühərrik yağları oğurlandı

Bakıda fabrik qarət edilib.

Daxili İşlər Nazirliyindın 1news.az-a verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24.000 manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Paylaş:
247

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər