9 yaşlı uşaq ov tüfəngi ilə 7 yaşlı dayısı oğluna xəsarət yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

9 yaşlı uşaq ov tüfəngi ilə 7 yaşlı dayısı oğluna xəsarət yetirib

11:33 - 21 / 01 / 2023
9 yaşlı uşaq ov tüfəngi ilə 7 yaşlı dayısı oğluna xəsarət yetirib

Yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
227

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər