Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB

13:16 - 01 / 02 / 2023
Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

1news.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını dedi.

Mahmut Özer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğuladı. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri münasibətilə bir daha təbriklərini çatdıran qonaq bildirdi ki, xalqlarımız ən çətin dövrlərdə həmişə bir-birinin yanında olub.

Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmut Özer Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini bildirdi.

Görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu.

10:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

1news.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Paylaş:
274

Son xəbərlər

Yuxarı Şirvan kanalından meyit tapıldı -YENİLƏNİBBu gün, 16:39Güclü geomaqnit qasırğası müşahidə olunurBu gün, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26Azərbaycan XİN Xaçaturyana cavab verdiBu gün, 11:20Təbii qazın qiyməti artdıBu gün, 11:14
Bütün xəbərlər

Next TV