Beynəlxalq ictimaiyyətin ekoaksiyaya diqqəti artib - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq ictimaiyyətin ekoaksiyaya diqqəti artib - “Çıxışa doğru”da MÜZAKİRƏ

13:12 - 07 / 02 / 2023
Beynəlxalq ictimaiyyətin ekoaksiyaya diqqəti artib - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 57 gündür davam edir.

Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Ekofəallar Ermənistanın istismarçılıq siyasətini beynəlxalq təşkilatlara çatdırmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirirlər...

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Beynəlxalq ictimaiyyətin ekoaksiyaya diqqəti artib" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Şəbnəm Səfərova - "Qarabağin tərəqqisi naminə" İB-nin sədri, Taleh Mansurov - “Gənclərin maarifləndirilməsinə dəstək” İB-nin sədri, Əfsələddin Ağalarov - azxəbər.az saytinin əməkdaşı, Ruslan Həsənov – jurnalist və Qəmzə Yusubova - “Ekoloji maarifləndirmə” İB-nin sədri, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər