Bakıda qadını döyərək 11 min manatını alıblar

Paytaxtın Nizami rayonu ərazisində bir qadını döyməkdə və hədə-qorxu gələrək 11.000 manat pulunu almaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən 1news.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində bir qadının döyülməsi və hədə-qorxu gəlməklə 11.000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Qəniyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
283