“Media haqqında” Qanunun tətbiqinə başlanilib - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VİDEO

Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində “Media haqqında” Qanunun tətbiqinə başlanilib" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Natiq Məmmədli - Medianin İnkişafı Agentliyinin şöbə müdiri, Yunus Oğuz – yazıçı-publisist, Xaqani Səfəroğlu - "azpost.info" saytının baş redaktoru, Şöhrət El-Dəniz - “visiontv.az” saytının baş redaktoru və Elşad Paşasoy - “Yeni Müsavat” qəzetinin əməkdaşı, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:



