Növbəti yardım karvanı Türkiyəyə yola salındı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti yardım karvanı Türkiyəyə yola salındı - FOTO

15:00 - 11 / 02 / 2023
Növbəti yardım karvanı Türkiyəyə yola salındı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan qardaş ölkəyə yola düşüb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 ədəd çadır və 240 ədəd qızdırıcı daxildir.

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər