Prokurorluq Seyran Ohanyana qarşı ittiham irəli sürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq Seyran Ohanyana qarşı ittiham irəli sürüb

13:37 - 13 / 02 / 2023
Prokurorluq Seyran Ohanyana qarşı ittiham irəli sürüb

“Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat verib.

Prokurorluq 2008-2009-cu illərdə Seyran Ohanyanın 1,2 və 0,9 hektar sahəsi olan torpaq sahələrini Müdafiə Nazirliyinin ehtiyacının olmaması səbəbi ilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılması barədə qərar verdiyini, habelə vəzifə səlahiyyətlərini aşması nəticəsində ağır nəticələrə gətirib çıxaran digər əməllərdə təqsirli olduğunu bildirib.

Parlament onu cinayət işləri ilə bağlı deputat toxunulmazlığından məhrum edib.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər