FHN xilasediciləri Türkiyədəki axtarış-xilasetmə əməliyyatlarında 613 nəfərin cəsədini çıxarıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN xilasediciləri Türkiyədəki axtarış-xilasetmə əməliyyatlarında 613 nəfərin cəsədini çıxarıb - VİDEO

10:00 - 13 / 02 / 2023
FHN xilasediciləri Türkiyədəki axtarış-xilasetmə əməliyyatlarında 613 nəfərin cəsədini çıxarıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər