Növbəti TOEFL iBT imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti TOEFL iBT imtahanı keçirilib

Qafar Ağayev15:04 - 15 / 02 / 2023
Növbəti TOEFL iBT imtahanı keçirilib

Fevralın 15-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

Mərkəzdən 1news.az-a bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 17 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının martın 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər