Bu il keçiriləcək dövlət qulluğu və doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı
2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarının tarixləri elan olunub.
DİM-dən 1news.az-a verilən xəbərə görə, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
|
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
12 mart |
|
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
30 aprel |
|
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) |
7 may |
|
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
14 may |
|
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı |
14 may |
|
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
18 iyun |
|
• Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı • Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı |
18 iyun |
|
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) |
18 iyun |
|
Doktorantura (danışıq bloku) |
23-25 iyun |
|
Doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
19 iyun |
|
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
30 iyul |
|
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
13 avqust |
|
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
3 sentyabr |
|
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı |
3 sentyabr |
|
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) |
17 sentyabr |
|
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) |
8 oktyabr |
|
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı |
8 oktyabr |
|
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı |
12 noyabr |
|
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı |
12 noyabr |
|
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) |
12 noyabr |
|
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) |
26 noyabr |
|
Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı |
10 dekabr |

17 dekabr |
|
Doktorantura (danışıq bloku) |
17 dekabr |