Hədiyyə almaqda çətinlik çəkirsinizsə, “iPhone” hədiyyə edin: 14-cü nəsil “iPhone” hədiyyə etmək üçün 4 səbəb
İdeal hədiyyə sadəcə müsbət emosiyalar yaratmamalı, həm də faydalı olmalıdır.
“Apple” şirkəti 2022-ci ilin sentyabr ayında iPhone 14| 14 Plus və iPhone 14 Pro| Pro Max smartfonlarını bazara çıxarıb. Yüksək keyfiyyəti, funksionallığı və üslubu sayəsində bu smartfonlar əsl hədiyyəyə çevriləcək və sizə əziz insanı sevindirəcək. Model seçimində səhv etməmək üçün aşağıdakı məqalə ilə tanış olmağı tövsiyə edirik.
- Estetika və üslub
iPhone 14 smartfon seriyası düz kənarları olan möhtəşəm dəyirmiləşdirilmiş korpusa malikdir iPhone 14| 14 Plus üçün material qismində aviasiya alüminindən istifadə edilir. “Pro” modelləri isə polad korpusla təchiz edilib. Smartfonların səthi zərbəyədavamlı “Ceramic Shield” şüşəsi ilə qorunur.
Artıq iPhone 14 Pro və iPhone 14 Pro Max modellərini fərqləndirmək üçün 3 obyektiv və LiDAR skaner kamerasını özündə birləşdirən daha böyük kamera modulunun yerləşdiyi arxa panelə baxmağa ehtiyac yoxdur. Belə ki, artıq üz tərəfdə görməyə öyrəşdiyimiz kamera “çıxıntısı” “dinamik ada”ya çevrilib.
Smartfon ələ çox rahat yerləşir, qalır sadəcə ölçünü müəyyən etmək. iPhone 14 və iPhone 14 Pro modellərinin ekranının diaqonalı 6,1 düym təşkil edir, iPhone 14 Plus və iPhone 14 Pro Max modellərində isə bu göstərici 6,7 düymə bərabərdir. Daha bir maraqlı məqam miqyaslanma ilə bağlıdır. Belə ki, iPhone 14 Plus və iPhone 14 Pro Max modellərinin ekranında daha çox informasiya yerləşir. Bu, oyunlarda, tətbiqlərdə, brauzerdə, klaviatura ilə mətn daxil edərkən əyani hiss olunur.
- Təkmilləşdirilmiş kamera və çəkilişdə nou-hau
Hər iki model həm foto, həm də video çəkilişi baxımından etalona çevrilib. Bunun səbəblərindən biri yeni kameralar modulunun 2 dəfə daha çox işıq ötürməsi və gecə rejimindən istifadə etmədən əla kadrlar çəkməyə imkan verməsidir.
Baza modellər onsuz da maksimum keyfiyyətli şəkillər çəkir, “iPhone 14 Pro” və “Pro Max” modelləri isə ümumiyyətlə güclü fotoaparatlara rəqabət yarada biləcək gücdədir. Belə ki, 4-nüvəli sensora malik inqilabi 48-meqapikselli əsas kameralar qat-qat daha keyfiyyətli fotoşəkillər çəkməyə imkan verir. Bu smartfonlarda 4 böyütmə rejimindən istifadə etmək mümkündür, lakin ən kobud kadrlama belə şəklin keyfiyyətinə mənfi təsir göstərmir.
Artıq bütün modellərin selfi kameraları avtofokusu dəstəkləyir və daha geniş aperturaya malikdir. Kamera qrup şəkillərindəki bütün şəxsləri tanıyır və eyni zamanda bir neçə üzə fokuslanır. Nəticədə, obyektlərin kameraya çox yaxın və ya uzaq olmasından asılı olmayaraq, keyfiyyətli şəkillər ərsəyə gətirmək mümkün olur.
“iPhone” smartfonlarının baza və “Pro” versiyalarının çəkiliş imkanları bir o qədər də fərqlənmir: istifadəçilər ekspozisiyada sıçramalardan və ya rasfokusdan (kadrdakı vacib obyektlərdə kəskinliyin olmaması) çəkinmədən dolğun təsvirli videoçarxlar çəkmək imkanı əldə ediblər. Kinematoqrafiya rejimi ilə artıq 4K videolar çəkmək mümkündür. Əgər peşəkar səviyyədə montaj və ya rəng korreksiyası ilə məşğul olmaq istəyirsinizsə, iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinin “ProRes” formatında video çəkmək imkanından məmnun qalacaqsınız.
- Sürət və səmərəlilik
“Apple” brendi iPhone 14| 14 Plus və iPhone 14 Pro| Pro Max modellərinin daha güclü və sürətli olmasını təmin edib: belə ki, əgər baza modellərində “А15 Bionic” çipi quraşdırılıbsa, iPhone 14 Pro| Pro Max ən yeni 6-nüvəli “А16 Bionic” çipi ilə təchiz edilib. Hər iki variant tətbiqləri, “ağır” oyunları və istənilən qrafik redaktorları bir anın içində işə salmağa imkan verir. Əməliyyat sistemi ilə əla çəkildə optimallaşdırılmış elektron kontent hələ azı 5 il yüksək səviyyəli səmərəliliyi təmin edəcək.
- Bitib-tükənməyən şarj
“iPhone 14” modelinin batareyası 20 saatlıq avtonom iş üçün nəzərdə tutulub, “iPhone 14 Plus” isə bir dəfə şarj olunmaqla 2 günədək işləmək imkanına malikdir. Bu baxımdan rekordu “iPhone 14 Pro Max” modeli özündə saxlayır. “Apple” tarixində ən uzunmüddətli avtonom iş qabiliyyəti məhz bu modelə məxsusdur.
iPhone 14 Pro və iPhone 14 Pro Max displeyi daim aktiv olan ilk smartfonlardır. Belə ki, telefon bloklandıqda ekran sadəcə tutqunlaşır.
Kimə hədiyyə etmək olar?
Hansı modeli seçməyinizdən asılı olmayaraq, hədiyyənizin zamanı qabaqladığına əmin ola bilərsiniz. Belə ki, təkmilləşdirilmiş səmərəlilik, uzunömürlü batareyalar və peşəkar kameralar hələ uzun müddət smartfon bazarında ön sıralarda olacaq.
Əgər hədiyyə etmək istədiyiniz bəxtəvər yığcamlığa və rahatlığa üstünlük verirsə, iPhone 14 və iPhone 14 Pro modelləri ideal variantdır, çünki onları bir əllə də idarə etmək mümkündür.
Fotoşəkillər çəkməyi, videomontajla məşğul olmağı və ya musiqi dinləməyi sevənlər üçün iPhone 14 Pro və ya iPhone 14 Pro Max modellərindən daha yaxşı hədiyyə ola bilməz.
Əgər vaxtınızı mobil oyunlar oynamaqla keçirirsinizsə, iPhone 14 Plus və ya iPhone 14 Pro Max modellərini layiqincə qiymətləndirəcəksiniz.
“iPhone 14” seriyalı smartfonları 12 aylıq sərfəli taksit şərtləri ilə “Apple” brendinin rəsmi resellerlərindən əldə edə bilərsiniz: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Maxi.az, Soliton, My Shops, Bytelecom.
Reklam hüququnda