“Türkiyə Tək Ürək” yardım kampaniyası - “Çıxışa doğru”da MÜZAKİRƏ

Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası telekanallarda eyni vaxtda canlı yayımlanacaq.
Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olacaq.
Həmin telekanalların serial və proqramlarının sevilən aktyorlarının, aparıcılarının iştirak edəcəyi yardım kampaniyası yerli vaxtla saat 21:00-da başlayacaq və yığılan vəsait AFAD-ın və Türkiyə "Qızıl aypara" cəmiyyətinin hesabına köçürüləcək.
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində “Türkiyə Tək Ürək” yardım kampaniyası" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Vüsalə Zahirova - FHN-in əməkdaşı, İlqar Orucov - Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü, fəlsəfə doktoru, Şahin Həsənli - ilahiyyatçı, Ramal Şəmşədli - Beynəlxalq Təhsil Mərkəzinin direktoru, Samir Quliyevin dayısı oğlu, Aqil Camal - “Ortaq dəyərlər” İB-nin sədri və Taleh Mansurov - “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-nin sədri, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

