Biləcəridə ticarət mərkəzindən oğurluq oldu

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazalardan birinin qarşısından 2500 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə,Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəriman Nadirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
282