Ucarda qadının evinə basqın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda qadının evinə basqın olub

09:17 - 17 / 02 / 2023
Ucarda qadının evinə basqın olub

Ucarda evə basqın olub.

1news.az APA-ya istinadla xəbər verir ki, Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-nə ərizə ilə müraciət edib.

O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini, üzərində qara rəngli maska olan iki nəfər şəxsin əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər