Ötən gün 14 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının fevralın 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-dən 1news.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqrama yaxın heroin, 4,7 kiloqramdan çox marixuana, 2,2 kiloqram tiryək, həmçinin 4510 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
252