FHN “Sədərək” ticarət mərkəzində təlim keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN “Sədərək” ticarət mərkəzində təlim keçirəcək

17:38 - 23 / 02 / 2023
FHN “Sədərək” ticarət mərkəzində təlim keçirəcək

Bu gün axşam saat 18:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcək.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər