64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

17:37 - 24 / 02 / 2023
64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 5 gün əvvəl 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini 1959-cu təvəllüdlü Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər