Emin Əmrullayev 8 Martla bağlı valideynlərə müraciət etdi: “Özünüzdə cəsarət tapın” | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev 8 Martla bağlı valideynlərə müraciət etdi: “Özünüzdə cəsarət tapın”

Qafar Ağayev16:29 - 27 / 02 / 2023
Emin Əmrullayev 8 Martla bağlı valideynlərə müraciət etdi: “Özünüzdə cəsarət tapın”

“Əgər məktəblərdə 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə pul yığılırsa, hədiyyə tələb olunursa, valideynlər tərəfindən şikayət olunmaldır ki, biz bunun qarşısını alaq”.

1news.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablayan elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu məsələdə 2 hal var. Biri hansısa məcburetmə və digər formada hədiyyələrin yığılmasıdır. Digər isə validenylərin özlərinin hədiyyə almaq istəyidir. Valideynlər tərəfindən məktəblərdə müəllimlərə çox bahalı hədiyyələr verilir. Bayramda müəllimlərə külli miqdarda pulların və bahalı hədiyyələrin verilməsi pedaqoji olaraq etik deyil.

“Bizim müşahidələrimizə görə 8 martda qadın müəllimlərə hədiyyə alınması, pul yığılması heç də müəllimlətin təşəbbüsü ilə olmur. Bu təşəbbüsü əsasən valideyn komitəsi, ayrı-ayrı valideynlər ortaya atır”.

Qadın müəllimləri təbrik etməkdə pis heçnə yoxdur. Biz özümüz də müəllimləri təbrik edirik. Amma müəllimləri bahalı hədiyyə və pul yığmaqla təbrik etmək, dediyim kimi, pedaqoji dəyərlərə ziddir. Məktəblər tərəfindən belə məcburetmə tədbirləri olsa, valideynlər Elm və Təhsil Nazirliyinin qaynar xəttinə zəng vuraraq bildirməlidirlər. Valideynlər özlərində cəsarət tapıb, bahalı hədiyyələri, pulları müəllimə rüşvət şəklində verməməlidirlər. Bundan utanmamalıdırlar. Özümüz dəyişməyə başlamalıq”.

Paylaş:
523

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər