Metronun “Nərimanov” stansiyasında yaranan sıxlığın səbəbi açıqlandı
![Metronun “Nərimanov” stansiyasında yaranan sıxlığın səbəbi açıqlandı](/images/2023/02/28/20230228042652425/thumb.jpg?2023-02-28+16%3A39%3A13)
Bakı Metrosunun "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.
"Bakı Metropoliteni" QSC-dən 1news.az-a verilən məlumata görə, Maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb.
"Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib" - deyə, verilən məlumatda qeyd olunub.
347