Qobustan sakinindən narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustan sakinindən narkotik götürülüb

10:55 - 03 / 03 / 2023
Qobustan sakinindən narkotik götürülüb

Qobustan sakinindən narkotik vasitə götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Adəm Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər