Jurnalistlər özəlləşdirməyə çıxarılaq “Qaradağ Şüşə Zavodu” ilə tanış oldu - FOTO | 1news.az | Xəbərlər
Reportaj

Jurnalistlər özəlləşdirməyə çıxarılaq “Qaradağ Şüşə Zavodu” ilə tanış oldu - FOTO

Qafar Ağayev17:56 - 07 / 03 / 2023
Jurnalistlər özəlləşdirməyə çıxarılaq “Qaradağ Şüşə Zavodu” ilə tanış oldu - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə “Qaradağ Şüşə Zavodu” ASC-yə sahibkarların müəssisə haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirməyə cəlb edilməsi məqsədilə mediatur təşkil edilib.

1news.az-ın əməkdaşısının da iştirak etdiyi mediaturda tədbirdə KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar, müəssisənin tarixi, istehsal prosesi, özəlləşdirilmə perspektivi barədə məlumat əldə ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb.

Bunlardan biri də “ASK Şüşə” MMC-dir.

Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirilməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri təşkil edilib, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs – istehsal gücü gündə 120 ton maye şüşə, nizamnamə kapitalı 35 950 630 manat olan “Qaradağ Şüşə Zavodu” ASC təsis edilib.

Yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə müəssisənin mövcud qanunvericiliyə uyğun olaraq investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.

Paylaş:
890

Son xəbərlər

“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında 18623 manat uduldu – Elektromobil qazanmaq imkanı davam edirBu gün, 11:06Zlatan İbrahimoviçin yubiley qolları açıqlanıb - SİYAHIBu gün, 10:55Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:33DİN jurnalistin intiharının qarşısını alıbBu gün, 10:22Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10
Bütün xəbərlər

Next TV