Qəbələdə ağac kəsilməsi faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə ağac kəsilməsi faktı qeydə alınıb

14:22 - 07 / 03 / 2023
Qəbələdə ağac kəsilməsi faktı qeydə alınıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ rayonu, Hacallı kəndi ərazisində ağac kəsilməsi faktı qeydə alınıb.

Bu barədə 1news.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı ağacın vətəndaş İlqar Nuhova məxsus obyektin ətrafında kəsildiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər