“Nine Senses” - İçindəki sənətkarı oyat! - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nine Senses” - İçindəki sənətkarı oyat! - FOTO - VİDEO

Qafar Ağayev10:40 - 15 / 03 / 2023
“Nine Senses” - İçindəki sənətkarı oyat! - FOTO - VİDEO

Hər birimizin daxilində əsasən ușaqlıq yașlarımızda, inkișaf dövrümüzdə özünü göstərməyə bașlayan yaradıcılıq qığılcımı, kreativ potensial yașayır.

Amma yașa dolduqca da ilham alaraq yaratmağa, incəsənətə və özünüifadəyə yer ayırmağa dəyər və artıq Bakıda bunun üçün xüsusi məkan var. “Nine Senses” yaradıcılıq və özünüinkișaf üçün nəzərdə tutulmuș yeni sənət mərkəzidir.

Sənət mərkəzinin məqsədi müxtəlif yașlarda və fərqli peșələrə sahib incəsənət həvəskarları üçün rahat və harmoniya ilə iç-içə olan məkanın yaradılmasıdır.

“İçindəki sənətkarı oyat” sloqanı əslində sənət mərkəzinin ab-havasının əks etdirir, çünki burada öz hisslərini üzə çıxara, daxilindəki ușağa sərbəstlik verə, özünü ifadə edə bilərsən.

Ünvan: Bakı şəhəri, Nardaran qəsəbəsi, dalan 31, Sea Breeze kompleksi, “LANDAU School”un yaxınlığı. Sənət mərkəzinin proqramına müxtəlif tədris kursları, əyləncəli tədbirlər, özünüifadə və özünüinkișaf fəaliyyətləri daxildir: təsviri incəsənət, meditasiya, neyroqrafika, animasiya, vokal və natiqlik sənəti, kino və musiqi. Sənət mərkəzinin fəaliyyəti çərçivəsində müntəzəm sərgilər və teatr proqramları, yerli və əcnəbi rəssamlar ilə art rezidensiyalar, ușaqlar üçün yay yaradıcılıq düșərgəsinin təșkili nəzərdə tutulub.

Burada sizi ən yaxșı müəllim, rəssam, mütəxəssis və mənəvi mentorlar ibarət heyət gözləyir.

Onların arasında bəstəkar Azad Vəliyev, rəssam Ramina Səadətxan, heykəltaraș Rəșad Ələkbərov, multimedia rəssamı Leyla Qabulova, teatr və kino rejissoru Emin Mirabdullayev, pantomima aktyoru və rejissoru Elman Rəfiyev, arxitektor Elçin Əliyev, ölkəmizin ilk 3D cizgi filminin hazırlanmasının iștirakçısı olan Rəșad Əfəndiyev, səs terapiyası və vokal yoqa mütəxəssisi İlhamə Babayeva, “DanceAbility Azərbaycan” İnklüziv Performans Șirkətinin təsisçisi Nigar Sultanova da var.

Sənət mərkəzinin yerləșdiyi binanın görkəmi də xüsusi maraq cəlb edən məqamlardandır. Binanın layihəsi spiral formada hazırlanıb, bu isə hamarlıq və açıqlığa bir ișarədir.

Məkanın mərkəzində davamlı olaraq günəș ișığını qəbul edən atrium yerləșir, binanın daxilində isə düzbucağa rast gəlinmir.

“Nine Senses” paytaxt mərkəzindən 30 dəqiqəlik məsafədə, Xəzər dənizinin sahilində, “Sea Breeze” ərazisində yerləșən “LANDAU School” korpusunun yaxınlığında yerləșir. Məkan rahat sinif otaqları, ekspozisiya sahələri, nümayiș və çıxıș meydançaları ilə təchiz edilmișdir.

“Vida” vegetarian restoranında isə görüșlər təyin edə, dəniz mənzərəsinin müșayiəti ilə nahar edə, məșğələlərə fasilə edib qəlyanaltı edə bilərsiniz.

Paylaş:
673

Son xəbərlər

Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür31 / 03 / 2023, 19:53Gələn həftənin ilk gününə olan USD/AZN rəsmi məzənnəsini açıqlanıb31 / 03 / 2023, 17:47Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək31 / 03 / 2023, 17:32Ağdam sakini Bərdədə meşə ərazisini qanunsuz şumlayıb31 / 03 / 2023, 17:23Beyləqanda rüşvətə görə yaxalanan məmurların işi məhkəməyə göndərilib31 / 03 / 2023, 17:12Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir31 / 03 / 2023, 16:54Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub, 467 vaksin vurulub31 / 03 / 2023, 16:41XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir31 / 03 / 2023, 16:13Ayxan Hacızadə: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır31 / 03 / 2023, 16:00Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz31 / 03 / 2023, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTO31 / 03 / 2023, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdı31 / 03 / 2023, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsi31 / 03 / 2023, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEO31 / 03 / 2023, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır31 / 03 / 2023, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıb31 / 03 / 2023, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıb31 / 03 / 2023, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVAB31 / 03 / 2023, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb31 / 03 / 2023, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcək31 / 03 / 2023, 14:28
Bütün xəbərlər

Next TV