Bu prospektin bir hissəsi təmirə bağlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu prospektin bir hissəsi təmirə bağlanır

12:32 - 16 / 03 / 2023
Bu prospektin bir hissəsi təmirə bağlanır

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək: “Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər”.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər