İrandan Azərbaycana 10 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 10 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

12:03 - 20 / 03 / 2023
İrandan Azərbaycana 10 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş:
362

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər