Bakıda polis tapança ilə gəzən şəxsi tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis tapança ilə gəzən şəxsi tutub

11:47 - 21 / 03 / 2023
Bakıda polis tapança ilə gəzən şəxsi tutub

Bakıda polis tapança ilə gəzən şəxsi tutub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər