“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

Qafar Ağayev09:56 - 31 / 03 / 2023
“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirilib.

Bu barədə 1news.az-a Nazirlikdən bildirilib.

İclasda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov EBRD ilə birgə həyata keçirilən layihələrin ölkəmizin “yaşıl” inkişaf hədəflərinə çatmasına töhfə verdiyini qeyd edib.

Tədbirdə “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər