Sumqayıtda havaya atəş açan keçmiş məhkum tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda havaya atəş açan keçmiş məhkum tutulub

Qafar Ağayev12:37 - 31 / 03 / 2023
Sumqayıtda havaya atəş açan keçmiş məhkum tutulub

Sumqayıt şəhəri ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.

DİN-dən 1news.az-a verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən olunub.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər