DSX: İrandan Azərbaycana gətirilən narkotikin həcmi 9 dəfə artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: İrandan Azərbaycana gətirilən narkotikin həcmi 9 dəfə artıb

16:03 - 07 / 04 / 2023
DSX: İrandan Azərbaycana gətirilən narkotikin həcmi 9 dəfə artıb

Son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb.

1news.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.

O bildirib ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən DSX tərəfindən aşkarlanıb:

"Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub".

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər