Ağcabədidə İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanılıb - FOTO

Qafar Ağayev08:51 - 17 / 04 / 2023
Ağcabədidə İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanılıb - FOTO

Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər məhkum olunmuş Dəyanət Nəcəfov saxlanılıb. Bu əməliyyat zamanı ilk olaraq saxlanılan D.Nəcəfovdan satmaq istədiyi heroin və metamfetamin bükümləri götürülüb.

Onun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də aşkara çıxarılıb. Belə ki, D.Nəcəfovun həmkəndlisi Qadir Məmmədovdan sadalanan narkotikləri aldığı müəyyən edilib. Əməliyyatın növbəti mərhələsində əvvəllər məhkum olunmuş Q.Məmmədovun yaşadığı ünvana təxirəsalınmaz baxış keçirilib. Buradan külli miqdarda - 1 kiloqram 675 qram heroin və 325 qram metamfetamin aşkar edilərək götürülüb. Q.Məmmədovun ətrafında aparılan araşdırmalarla “Peyman” adlı İran sakini ilə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsi qurduğu müəyyən edilib. Tərəflər arasında sonuncu dəfə onlayn alqı-satqıdan sonra Q.Məmmədov narkotiki Bakı şəhərindən götürərək Ağcabədi rayonuna gətirib ki, burada polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub. Adıçəkilən şəxslər barəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Paylaş:
267

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər