Qusarda qanunsuz fəaliyyyət göstərən taxta sexi müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda qanunsuz fəaliyyyət göstərən taxta sexi müəyyən edilib

13:53 - 21 / 04 / 2023
Qusarda qanunsuz fəaliyyyət göstərən taxta sexi müəyyən edilib

Qusarda qanunsuz fəaliyyyət göstərən taxta sexi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub. Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib.

Araşdırma aparılır.

Paylaş:
470

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər