Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər prokurorluğa göndərilib

Qafar Ağayev12:53 - 24 / 04 / 2023
Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi rayonlarında, eyni zamanda Sumqayıt şəhəri, Abşeron, Masallı və Lənkəran rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Zeytun küçəsi 40 ünvanında vətəndaş Sərdar İmanov tərəfindən, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə “SR-A Construction” MMC, Sumqayıt şəhəri, 5-ci mikrorayonda İlham Teyyubov, Abşeron rayonu, Xırdalan şəhərində Əfqan Xankişiyev, Masallı rayonu, Çaxırlı kəndində Mübariz Dadaşov, Lənkəran rayonu, Günəhir kəndində isə Günəhir bələdiyyəsi tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - o deyib.

Paylaş:
383

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər