Tərtərdə kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıldı

Qafar Ağayev17:48 - 27 / 04 / 2023
Tərtərdə kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıldı

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Paylaş:
389

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər