Şəkidə avtomobil aşıb, sürücü ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə avtomobil aşıb, sürücü ölüb

Qafar Ağayev09:45 - 27 / 04 / 2023
Şəkidə avtomobil aşıb, sürücü ölüb

Şəkidə avtomobil aşıb, sürücü ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, ötən gün axşam saat 20 radələrində Şəki rayonunun Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Mülayimov Vüqar Sabir oğlu “Opel” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Paylaş:
382

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər