Bakıda Formula 2 komandalarının sərbəst yürüşləri başa çatıb - İlk 3 yerin qalibi
2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşü başa çatıb.
1news.az xəbər verir ki, sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci yerdə qərarlaşıb.
“Hitech” təmsilçisi İsak Hajar ikinci, “Campos Racing” təmsilçisi Kuş Maini isə üçüncü pillədə yer alıb.
***
saat 11:24
2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşü başlayıb.
1news.az xəbər verir ki, sərbəst yürüş 45 dəqiqə davam edəcək.
Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür. 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.
Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.