Yaqub Mahmudov “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqub Mahmudov “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına layiq görülüb

Qafar Ağayev16:13 - 01 / 05 / 2023
Yaqub Mahmudov “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına layiq görülüb

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Mükafat Komitəsinin 2023-cü il 3 fevral tarixli qərarı ilə “İstiqlal” ordeninə və “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına layiq görülüb.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən 1news.az-a verilən məlumata görə, tarixçi-alimə “İstiqlal” ordeni Türk dünyasının elm və təhsilindəki böyük xidmətlərinə görə, “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl TDABEA-nın həqiqi üzvü seçilib və akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı, Beynəlxalq Atatürk Mükafatı və 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı ilə təltif edilib.

Paylaş:
518

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər