ANAMA mina təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA mina təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib

12:08 - 04 / 05 / 2023
ANAMA mina təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib

Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) mina təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

1news.az xəbər verir ki, Agentlikdən Report-a bildirilib ki, mina partlayışları ilə bağlı bəzi insanlarda yanlış fikirlər var:

"Yanlış fikirlər var ki, minaya ayaq qoyduqda ayağı çəkməsən partlamaz. Bu, fikir doğru deyil, ayağı minaya basdınsa, partlayış baş verəcək. Mina saniyənin onda biri sürəti ilə partlayır. Eləcə də, sursat və minaları bir-birinə birləşdirən tələ məftilinə toxunduqda, partlayış baş verəcək".

Paylaş:
370

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər