Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

10:00 - 05 / 05 / 2023
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

1news.az xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

Mayın 12-də isə “Şuşa- Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

Paylaş:
250

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər