Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb

Qafar Ağayev09:00 - 08 / 05 / 2023
Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb

8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər