ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Aİ liderlərinin görüş ilə bağlı məlumat yaydı
“Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş xəbərini alqışlayırıq”.
1news.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosu məlumat yayıb.
“Bu görüş Vaşinqtondakı danışıqlardan sonra gələcək irəliləyişə zəmin yaradan mühüm bir fürsətdir” – məlumatda qeyd edilib.
281