“Park Bulvar”da İtaliyanın LIU JO brendinin mağazasının təntənəli açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Park Bulvar”da İtaliyanın LIU JO brendinin mağazasının təntənəli açılışı olub - FOTO

11:38 - 11 / 05 / 2023
“Park Bulvar”da İtaliyanın LIU JO brendinin mağazasının təntənəli açılışı olub - FOTO

Ötən həftəsonu “Park Bulvar” ticarət və əyləncə mərkəzində İtaliyanın LIU JO brendinin yeni konseptdə müştərilərə təqdim olunan mağazasının təntənəli açılışı olub.

Brendin pərəstişkarı olan xanımların, tanınmış azərbaycanlı blogerlərin və influenserlərin qatıldığı tədbir musiqidən tutmuş nəfis furşetə qədər italyan üslubunda təşkil olunduğundan qonaqları bir anlığa İtaliyaya aparıb.

Xatırladaq ki, LIU JO adı altında ilk kolleksiyalar 1995-ci ildə bazara çıxıb. Brendin tarixi trikotaj materialdan qadın geyimlərinin tikildiyi kiçik bir atelye ilə başlayıb. LIU JO brendi ildən-ilə özünün uğurlu dəb tarixini yaratmış, kifayət qədər qısa müddət ərzində dünya üzrə geniş mağaza şəbəkəsinə malik premium keyfiyyətli İtaliya dəb brendi kimi beynəlxalq bazarda, o cümlədən çox məşhur olduğu Azərbaycanda özünə yer qazanmışdır.

LIU JO-nun yaradıcı fəlsəfəsi təkcə estetik interpretasiya ilə məhdudlaşmayan, hər bir qadının daxili gücü, fərdiliyi və təkrarolunmaz instinktiv gözəlliyi kimi keyfiyyətlərə meyli nümayiş etdirən zəriflik yanaşmasını əks etdirir.

LIU JO ilk növbədə italyan üslubu, yüksək keyfiyyətli materiallar və ən xırda detallara belə diqqət deməkdir. Əgər üslub və keyfiyyətin ahəngi sizin üçün önəmlidirsə, o zaman “Park Bulvar” və “Gənclik Mall”da yerləşən LIU JO mağazalarına baş çəkməyi və orada təqdim olunan kolleksiyalarla tanış olmağı məsləhət görürük.

Qeyd edək ki, LIU JO “MyBrands” mağazalar şəbəkəsinə daxildir.

Instagram - @liujo.baku

Reklam hüququnda.

Paylaş:
459

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər