AYNA tərəfindən regionlarda göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA tərəfindən regionlarda göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir

Qafar Ağayev09:33 - 12 / 05 / 2023
AYNA tərəfindən regionlarda göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən regionlarda sahibkarlıq subyektlərinə göstərilən bir sıra xidmətlər yeni ünvanda təşkil edilir.

1news.az xəbər verir ki, artıq Xaçmaz və Yevlax KOB evlərində AYNA tərəfindən iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsinə başlanılıb.

Həmçinin Yevlax və Xaçmaz şəhərlərində daşıyıcılar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartları”nı təqdim edərək “İcazə” blanklarını Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Xaçmaz və Yevlax KOB evində AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı” da KOB evlərində təqdim olunur.

Qeyd edək ki, bu ilin yanvar ayından etibarən AYNA tərəfindən göstərilən bir sıra xidmətlər ilk olaraq “Bakı KOB evi”ndə təşkil edilir.

Paylaş:
309

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər