Qazaxıstanın səfiri Azərbaycanın Xarici işlər naziri ilə görüşüb - FOTO
Yeni təyin olunan Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayel Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla görüş keçirib.
1news.az xəbər verir ki, görüşün əvvəlində A.Bayel Azərbaycanın xarici işlər qurumunun rəhbərinə etimadnaməsinin surətini təqdim edib.
C.Bayramov Səfiri təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzu edib. Öz növbəsində, A.Bayel Qazaxıstan xalqının və Prezidentinin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib və Nazir Bayramova onun qazaxıstanlı həmkarı Murat Nurtleunun ən xoş arzularını çatdırıb.
Görüş zamanı ikitərəfli əməkdaşlığın siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, mədəni-humanitar və digər sahələrə aid məsələlər müzakirə olunub.
A.Bayel qeyd edib ki, dövlət başçıları tərəfindən müəyyən edilən kursu sayəsində bu gün Qazaxıstan-Azərbaycan əməkdaşlığın bütün istiqamətlər üzrə yüksək səviyyədə qarşılıqlı anlaşma və etimad mövcuddur ki, bu da strateji tərəfdaşlığını inkişaf etdirməyə və dərinləşdirməyə imkan verir. Qazaxıstanlı diplomat vurğulayıb ki, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün bütün gücünü səfərbər edəcək.
C.Bayramov, öz növbəsində, A.Bayelin Azərbaycan dilini mükəmməl bildiyini qeyd edib və bu faktın Səfirin işində önəmli üstünlük olacağına əminliyini bildirib. Azərbaycanın XİN başçısı Qazaxıstanla Azərbaycan arasında geniş ikitərəfli və çoxtərəfli münasibətlərin dinamikasını məmnunluqla qeyd edərək, iki qardaş xalqın tarixi və mədəni köklərinin ortaqlığını vurğulayıb.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm istiqamətləri üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyinə də toxunublar. Qazaxıstan və Azərbaycanın təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatının dünya arenasında artan nüfuzu xüsusi olaraq qeyd olunub.
Qazaxıstan-Azərbaycan əməkdaşlığının sütununu təşkil edən layihələr sırasına bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun gələcək inkişafı, Qazaxıstan enerji daşıyıcılarının ixracının şaxələndirilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi və s. layihələr daxildir. Yaxın dövrünün əsas məqsədlərdən biri kimi, qarşılıqlı ticarət dövriyyəsinin həcminin 1 milyard dollara qədər çatdırılması müəyyən edilib.